Putin: "Prezident Trampın işini mən qiymətləndirməli deyiləm"

14 Dekabr 2017 20:30 (UTC+04:00)

"Prezident Trampın işini mən qiymətləndirməli deyiləm, bunu Amerika xalqı etməlidir".

"Movqe" xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Moskvada keçirilən 13-cü illik mətbuat konfransında deyib.
Rusiya prezidenti bildirib ki, Tramp ABŞ prezidenti kimi, onun fikrincə, müəyyən uğurlar qazana bilib: "Prezident kimi onun ciddi nailiyyətlərini görürük. Bazarlara baxın, onlar necə yüksəlib. Bu, investorların ABŞ iqtisadiyyatına etimadını göstərir".
V.Putin Rusiya və ABŞ-ın əlaqələrini normallaşdıracağına və ölkələrin ümumi təhdidləri birlikdə ortadan qaldıracağına ümid etdiyini bildirib.
ABŞ KİV-ində Rusiyanın 2016-cı ildə Birləşmiş Ştatlarda keçirilən prezident seçkilərinə təsiri məsələsini toxunan V.Putin deyib: "Bütün bunları Trampa münasibətdə müxalif olan qüvvələr fikirləşib. Onlar Trampın seçilməsinə qanunsuz xatakter vermək istəyirlər. Bunu edənlər dövlət başçısına ziyan vurur, onu üzürlər, seçicilərə hörmət etmirlər".