Mehriban Əliyeva Böyük Britaniyanın ticarət və ixracın təşviqi üzrə naziri ilə görüşüb

14 Dekabr 2017 17:00 (UTC+04:00)

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva dekabrın 14-də Böyük Britaniyanın ticarət və ixracın təşviqi üzrə naziri, hökumətlərarası komissiyanın həmsədri Baronessa Rona Feyrhedin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Movqe.az xəbər verir ki, məlumatı Azərbaycanın Birinci vitse-prezidentinin katibliyi yayıb.