Milli Məclisin dekabrda keçiriləcək iclaslarından biri təxirə salınıb

14 Dekabr 2017 17:10 (UTC+04:00)

Azərbaycan Milli Məclisinin dekabr ayında keçiriləcək iclaslarından biri təxirə salınıb.  Movqe.az-ın xəbərinə görə, dekabrın 22-nə təyin edilən iclas təxirə düşüb. İclasın təxirə düşməsinin səbəbi məlum deyil.
Qeyd edək ki, Milli Məclisin payız sessiyasının növbəti plenar iclası dekabrın 15-də, sonuncu plenar iclası isə dekabrın 29-da keçiriləcək