Bakı metrosunda yolkalar qurulur (FOTO)

15 Dekabr 2017 14:37 (UTC+04:00)

Yeni il ərəfəsində Bakı Metropoliteninin stansiyalarında yolkaların qurulmasına başlanıb.

Bu barədə Movqe.az-a  "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev məlumat verib.

N.Paşayev qeyd edib ki, artıq "İçərişəhər", "28 May", "Elmlər Akademiyası", "Memar Əcəmi" və "Koroğlu" stansiyalarında yolkalar qurulub.

O, müxtəlif posterlərin və sürprizlərin də olacağını vurğulayıb.