İlin sözü elan edildi

19 Dekabr 2017 13:30 (UTC+04:00)

Oksford lüğəti ilin sözünü elan edib.

Movqe.az Trend-ə istinadən xəbər verir ki, bu söz "youthquake" olub.

"Youthquake" - gənc nəslin təsiri ilə baş verən mədəni, siyasi, yaxud sosial dəyişiklikləri ifadə edir.

Məlumata əsasən, bu söz ona görə ilin sözü seçilib ki, 2017-ci ildə ötən illə müqayisədə 5 dəfə daha çox istifadə olunub.

 

Qeyd edək ki, bu termin ilk dəfə 1965-ci ildə "Vogue" jurnalının baş redaktoru Diana Vriland tərəfindən istfadə olunub