Seçki Məcəlləsinə dəyişikliklər qəbul edildi

15 Dekabr 2017 18:16 (UTC+04:00)

Azərbaycan Seçki Məcəlləsinə dəyişikliklər Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilib.

Movqe.az Trend-ə istinadən xəbər verir ki, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, ümumilikdə Seçki Məcəlləsinə 55 dəyişiklik təklif edilir.

O qeyd edib ki, dəyişikliklərin böyük əksəriyyəti Azərbaycanda keçirilən son referendumdan sonra Seçki Məcəlləsinin Konstitusiyaya uyğunlaşdırılması ilə bağlıdır.

 

Məcəlləyə dəyişikliklə bağlı qanun layihəsi müzakirələrdən sonra səsə qoyularaq qəbul edilib.