Bibiheybət dünyanın ən gözəl məscidlərinin sırasında (FOTO)

16 Dekabr 2017 14:40 (UTC+04:00)

Məşhur memarlıq jurnalı "Architectural Digest" dünyanın ən gözəl məscidlərinin sırasında Bibiheybəti xüsusi vurğulayıb.

Movqe.az-ın məlumatına görə, jurnal dünyanın ən gözəl memarlıq nümunələrindən olan məscidlər haqqında məqaləsini "Məscidlər: İslamın Gözəlliyi" kitabının əsasında hazırlayıb.