Bakıda intihara cəhd edən şəxs xilas edilib

16 Dekabr 2017 19:04 (UTC+04:00)

Bakıda intihara cəhd hadisəsi baş verib.

Movqe.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) verilən məlumata əsasən, Bakı şəhərinin Xətai rayonunda 1 nəfər qadın yaşadığı 9 mərtəbəli binanın 4-cü mərtəbəsindəki mənzilin eyvanına çıxaraq intihar etmək istəyini nümayiş etdirib.

 

Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Xilasedicilər tərəfindən hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görülüb.

Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb. Əməliyyat başa çatıb.