Sumqayıtda 53 yaşlı kişi özünü asdı

18 Dekabr 2017 10:53 (UTC+04:00)

Sumqayıtda intihar olub.

Movqe.az APA-ya istinadən xəbər verir ki, Saray bağlarında kirayədə yaşayan, 1964-cü il təvəllüdlüVaqif Aydın oğlu Qaraşov yaşadığı evdə özünü asıb. Onun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil.

Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, araşdırma gedir.