Lionel Messi və 12 il öncəki Eto`o

18 Dekabr 2017 12:21 (UTC+04:00)

"Barcelona" İspaniya La Liqasının 16-cı turunda "Deportivo"nu 4 cavabsız qolla sıradan çıxarıb. Oyunun maraqlı anlarından biri Lionel Messinin rəqibin qapısına təyin olunmuş penaltini qola çevirə bilməməsi olub. Movqe.az goal.az-a istinadən  xəbər verir ki, argentinalı ulduz son 12 ildə təqvim ilində 3 penaltini boşa verən 2-ci futbolçu olub. 2005-ci ildə oxşar hadisə Samuel Eto`onun başına gəlmişdi. Əvəzində 2 məhsuldar ötürmə verən katalon klubunda 200-cu assistini edib.