Fədayə Laçının bu zamana kimi sirr qalan rəfiqəsinin adını EFİRDƏ AÇIQLADI

18 Dekabr 2017 12:56 (UTC+04:00)

Bu gün "Hər şey daxil" verilişində Tolik maraqlı açıqlaması ilə diqqət çəkib.

Movqe.az xəbər verir ki, tanınmış prodüser ekspert qismində iştirak etdiyi verilişdə üzünü studiadakılara tutaraq "Lalə Məmmədova ilə Fədayə Laçının, sizcə, dostluğu alınar? Oxumaq tərzləri də tam başqa-başqadır. Dünya baxışları tam fərqlidir" deyib.

Nura Tolikin sözlərinə "İkisi də sənətkardır, əlbəttə, alınar. Orada sənət varsa, alınar" ifadələri ilə reaksiya verib.

Prodüser fikirlərini "Siz bilirsiniz, onlar dostdurlar. Özü də yaxın dostdurlar. Mən bilmirdim. Mən şoka düşmüşdüm" sözləri ilə tamamlayıb.

 

Xatırladaq ki, Fədayə Laçın məhbusların qaçmasına yardım etməkdə ittiham edilir. Hal-hazırda həbsdədir.

milli.az