Saakaşvili dindirilmədə: "Ukrayna prokurorlarına hörmət etmirəm, qanunlarına isə..."

18 Dekabr 2017 13:25 (UTC+04:00)

Ukraynanın sabiq prezidenti və Odessa vilayətinin keçmiş qubernatoru Mixeil Saakaşvili ifadə vermək üçün Ukrayna Baş Prokurorluğuna gəlib.

Movqe.az Trend-ə istinadən xəbər veirr ki, o, cinayətkar təşkilatların üzvlərinə kömək göstərmək ittihamı ilə dindirilməyə çağırılıb.

M.Saakaşvili qanuna əməl etmək üçün ifadə verməyə gəldiyini deyib: "Mən Ukrayna prokurorlarına hörmət etmirəm, mənim Ukrayna qanunlarına hörmətim var".

Onun sözlərinə görə, bu cinayət işinin səbəbi "onun Rusiya xüsusi xidmət orqanlarının agenti olduğunu" üzə çıxarmaqdır.