ADAU-nun rektoru Mühasibatlıq üzrə Olimpiadanın qalibləri ilə görüşüb

18 Dekabr 2017 14:12 (UTC+04:00)

larında təhsil alan tələbələr arasından 11-13 dekabr tarixlərində keçirilən görüşlər əsasında seçilib. Olimpiadada tələbələr 2 saat ərzində Maliyyə Nazirliyinin Elm-tədris mərkəzi tərəfindən hazırlanan 50 suala cavab verməyə çalışıblar. Cavablar dərhal ekspert qrupu tərəfindən yoxlanılaraq qaliblər müəyyən edilib. Nəticələrə əsasən ADAU-nun tələbəsi Nemət Zülfüqarl 92 bal toplayaraq olimpiadanın qalibi olub. Universitetin tələbələri Vahid Göyüşov 2-ci yerə, Sərxan Əsgərov və Sabir Mehdiyev 3-cü yerə layiq görülüblər. Sonrakı 7 yerdən 5-i də ADAU tələbələri tutublar.

Bu münasibətilə tələbələrlə görüşən universitetin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov əldə olunan növbəti qələbə münasibətilə tələbələri səmimi qəlbdən təbrik edib, onlara yeni uğurlar arzulayıb, universitetdə digər ixtisaslarla yanaşı, “mühasibat uçotu və audit” ixtisası üzrə kadr hazırlığının daha da təkmilləşdirilməsinin prioritet istiqamətləri barədə danışıb.
Universitetin mühasibat uçotu və audit kafedrasının müdiri, dosent Pərvin Muxtarova, müəllimi İsa Şəfiyev və tələbələr çıxış edərək yaradılmış şəraitə, qələbə sevincini onlarla bölüşdüyünə görə rektora dərin minnətdarlıqlarını bildiriblər.

ƏLİHÜSEYN ŞÜKÜROV