Sumqayıtda parket sexi yanıb

18 Dekabr 2017 18:19 (UTC+04:00)

Sumqayıtda yanğın olub.

Movqe.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Sumqayıtda ümumi sahəsi 1500 kv.m olan parket sexinin dam örtüyünün taxta atmaları 10 kv.m sahədə və tutumu 20 kubmetr olan bunkerin içərisində taxta yonqarı yanıb.

Sexin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın söndürülüb.