"Azərbaycanda istehsal olunan yük maşınları xaricə ixrac ediləcək"

19 Dekabr 2017 12:56 (UTC+04:00)

Azərbaycanda istehsal olunan Çexiyanın "Tatra" yük maşınları xaricə ixrac edilə bilər.

Movqe.az Trend-ə istinadən xəbər verir ki, bunu 2017-ci ildə Azərbaycan-Çexiya münasibətlərinin yekunlarına həsr olunan mətbuat konfransında Çexiyanın Azərbaycandakı səfiri Vitezslav Pivonka deyib.