İstanbulda bir sıra dəniz səfərləri təxirə salınıb. Movqe/az-in məlumatına görə, bu barədə "CNN Türk" telekanalı xəbər yayıb.
Reyslərin təxirə salınmasının səbəb bu ərazidə fırtına ilə bağlı
xəbərdarlığın edilməsidir.
Bu gün İstanbulda səhər saatlarından başlayan güclü külək binalara
ciddi ziyan vurub. Bir sıra binaların üzərinə ağaclar aşıb.
Binaların sakinləri təxliyə olunub.
Sinoptiklər İstanbulda güclü küləyin sabah da davam edəcəyini
proqnozlaşdırırlar.