Gürcüstanda BTQ-dən oğurluq edənlər yaxalandı

19 Dekabr 2017 16:11 (UTC+04:00)

Gürcüstan polisi Bakı-Tiflis-Qars dəmir yolunun Kartsaxi stansiyasından oğurluq edən şəxslərin evlərindən bəzi əşyaları müsadirə edib.

Movqe.az axar.az-a istinadən xəbər verir ki, bu barədə iqtisadçı ekspert İlham Şaban Feysbuk hesabında yazıb. Onun sözlərinə görə, polis 11 bağlama kafel, su qızdırıcısı çəni və 7 isitmə radiatoru aşkarlayıb.

"Bundan əvvəl də layihə bitəndən sonra stansiyada işlənməmiş qalan şpalları oğurlayan gözətçilər həbs olunmuşdu", - İ.Çaban qeyd edib.