Qarabağa yeni hərbi prokuror təyin edildi

19 Dekabr 2017 16:45 (UTC+04:00)

Qarabağa yeni hərbi prokuror təyin edilib.

Movqe.az APA-ya istinadən xəbər verir ki, bu barədə baş prokuror Zakir Qaralov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Respublika Hərbi Prokurorluğunun təşkilat-analitik şöbəsinin rəisi Fərid Şükürov tutduğu vəzifədən azad edilərək, Qarabağ hərbi prokuroru vəzifəsinə təyin olunub.