Roma papası İordaniya kralı ilə Qüdsdən danışdı...

19 Dekabr 2017 17:38 (UTC+04:00)

Vatikanda Roma Papası I Fransisklə İordaniya Kralı II Abdulla arasında görüş keçirilib.

Movqe.az-ın məlumatına görə, görüş zamanı ABŞ-ın Qüdslə bağlı qərarından sonra Yaxın Şərqdə vəziyyətin gərginləşməsi əsas müzakirə mövzusu olub.

Qeyd edək ki, II Abdulla 1979-cu il İsrail-İordaniya sazişlərinə əsasən Qüdsdəki müsəlman müqəddəs yerlərin qoruyucusu hesab olunur.

 

İordaniya kralı Vatikandan sonra Parisə səfəri zamanı prezident Emmanuel Makronla görüşəcək.

Qeyd edək ki, dekabrın 6-da ABŞ Prezidenti Donald Tramp Qüdsü İsrailin
paytaxtı kimi tanıdığını elan edib.

Trend