Çavuşoğlu Bakıdadır - FOTO

20 Dekabr 2017 09:54 (UTC+04:00)

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycana gəlib.

Movqe.az APA-ya istinadən xəbər verir ki, M. Çavuşoğlu bu gün Bakıda keçiriləcək Azərbaycan-İran-Türkiyə xarici işlər nazirlərinin beşinci üçtərəfli görüşünə qatılacaq.

Bildirilir ki, görüşdə əsasən, üçtərəfli əməkdaşlıq, ölkələr arasında iqtisadi əməkdaşlıq məsələləri müzakirə olunacaq.

Görüşdən sonra nazirlərin birgə mətbuat konfransı nəzərdə tutulur.