Nikahdankənar doğulan 15 günlük körpə sahibsiz qaldı - FOTO

20 Dekabr 2017 11:12 (UTC+04:00)

Azərbaycanda 15 günlük körpə kimsəsiz qalıb.

Movqe.az qafqazinfo-ya istinadən xəbər verir ki, uşaq dekabrın 6-da dünyaya gəlib. Ancaq ana uşağı qeyri-qanuni dünyaya gətirdiyi üçün ona sahib çıxmır. Körpənin anası əvvəl evli olub, boşandıqdan sonra başqası ilə münasibət qurub. 

Qızın valideynləri onun uşaq dünyaya gətirməsindən xəbərsizdirlər.

Hadisə barədə Azərbaycan Uşaqlar Birliyinin rəhbəri Kəmalə Ağazadə məlumatlandırılıb.

 

Qeyd edək ki, sözügedən xanımın ailəsi məsələdən xəbərsiz olduğu üçün adını və hadisənin hansı rayonda baş verdiyini yazmırıq. 

Kəmalə Ağazadə "Qafqazinfo"ya hadisə barədə məlumat verib. O qeyd edib ki, məlumatı paylaşan şəxsə bildirib ki, uşağın şəklini açıq qoymaq olmaz: "Bu konkret insan alveri demək olar. Bununla bağlı mütləq rayon icra hakimiyyətinə və polisə məlumat vermək lazımdır. Qanuna uyğun olaraq uşaq körpələr evinə təhvil verilməlidir".