Nazir: Əmək bazarına çıxanların sayı iş yerlərinin sayını iki dəfəyə yaxın üstələyəcək

20 Dekabr 2017 11:58 (UTC+04:00)

Növbəti 8 il ərzində Azərbaycanın əmək bazarına çıxan vətəndaşların sayı yaradılan iş yerlərinin sayını iki dəfəyə yaxın üstələyəcək.

Movqe.az-ın məlumatına görə, bunu “Əmək bazarı: islahatlar, çağırışlar və perspektivlər” konfransında əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib.

Nazir qeyd edib ki, 2017-2025 illərdə 18 yaşına çatan şəxslərin sayı 1 127,2 min nəfərə çatacaq:

“Hər il əmək bazarına 125,2 min şəxs daxil olur ki, bu da yaradılan iş yerlərini iki dəfəyə yaxın üstələyir. Əmək miqrasiyası və digər amilləri nəzərə alaraq ,biz bu göstəricini ildə 100 min nəfər azalda bilərik. Amma bu da kifayət qədər yüksək göstəricidir. Biz gənclərin məşğulluğunun təmin olunması üçün tədbirləri gücləndirməliyik”.