Azərbaycan, İran və Türkiyə XİN rəhbərlərinin növbəti görüşü Türkiyədə keçiriləcək (YENİLƏNİB)

20 Dekabr 2017 12:21 (UTC+04:00)

Azərbaycan, İran və Türkiyə xarici işlər nazirlərinin növbəti üçtərəfli görüşü Türkiyədə keçiriləcək.

Movqe.az-ın məlumatna görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycan, İran və Türkiyə XİN rəhbərlərinin Bakıda keçirilən 5-ci üçtərəfli görüşünün yekunu üzrə mətbuat konfransında deyib.

Nazir qeyd edib: "Biz görüşdə müxtəlif məsələləri, əməkdaşlığın daha da genişləndirilməsi ilə bağlı məsələləri müzakirə etdik. Növbəti toplatıya biz ev sahibliyi edəcəyik, eyni zamanda, iş adamlarını bir araya gətirəcəyik. Ola bilsin ki, iş adamlarının da toplantısı keçirilsin".

M.Çavuşoğlu vurğulayıb ki, üç ölkə arasında möhkəm dostluq və qardaşlıq münasibərləri var: "Bu üçtərəfli formatı daha da genişləndirəcəyik. Bugünkü toplantı çox faydalı oldu".

Nazir həmçinin bildirib ki, Türkiyə həm Azərbaycandan, həm də İrandan alınan qaz və neft həcmini artırmaq istəyir: "Biz növbəti ildə üç ölkə arasında enerji əməkdaşlığını daha da genişləndirəcəyik".