Çavuşoğlu: "Ermənistan Azərbaycan torpaqlarından çıxmayınca münasibətlərin normallaşması mümkün deyil"

20 Dekabr 2017 12:40 (UTC+04:00)

Movqe.az Trend-ə istinadən bildirir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud ÇavuşoğluAzərbaycan, İran və Türkiyə XİN rəhbərlərinin Bakıda keçirilən 5-ci üçtərəfli görüşünün yekunu üzrə mətbuat konfransında deyib.

M.Çavuşoğlu bildirib: "Ermənistan Azərbaycan torpaqlarının 20 faizini işğal edib, Xocalı qətliamını törədib. Biz Azərbaycanın qəbul edəcəyi hər bir formulu qəbul edəcəyik. Biz Ermənistanla münasibətlərin normallaşması üçün bir şərt qoyduq ki, Ermənistan Azərbaycan torpaqlarından çıxacaq və ondan sonra münasibətlər normallaşa bilər".