Azərbaycan və Ermənistan XİN rəhbərlərinin növbəti görüşünün ilkin tarixi açıqlanıb

20 Dekabr 2017 12:42 (UTC+04:00)

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin növbəti görüşünün ilkin tarixi açıqlanıb.

Movqe.az-ın məlumatına görə, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycan, İran və Türkiyə XİN rəhbərlərinin Bakıda keçirilən 5-ci üçtərəfli görüşünün yekunlarına həsr olunmuş mətbuat konfransında deyib ki, görüşün tarixini açıqlamaq hələ çətindir.

Nazir qeyd edib: "Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin növbəti görüşünün tarixini hələ demək çətindir. Bununla belə, görüşün gələn il yanvarın ortasında keçirilməsi nəzərdə tutulur".

E.Məmmədyarov vurğulayıb ki, görüş Avropa ölkələrinin birində baş tutacaq: "Həmsədrlər görüşün dəqiq tarixi barədə məlumat verəcəklər".