Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) rektoru İbrahim Cəfərov Xocalı məktəbliləri ilə görüşüb

20 Dekabr 2017 14:35 (UTC+04:00)

 Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) rektoru İbrahim Cəfərov Xocalı rayonunun Əlikərim adına Başkənd kənd tam orta, Yaloba kənd tam orta və Kəlbəcər rayon 99 №-li tam orta məktəblərinin ümumilikdə 374 şagirdinin təhsil aldığı Xocalı rayon Kosalar kənd tam orta məktəbində şagirdlərlə görüşmüş, məktəbin və sinif otaqlarının şəraiti, əyani vəsaitləri, şagirdlərin digər qayğıları ilə maraqlanmış, kimya-biologiya fənn laboratoriyaları üçün zəruri olan informasiya-kommunikasiya və laboratoriya avadanlıqları barədə məktəbin direktoru Rafiq Quliyevlə diskusiyalar aparmışdır. Gələcəkdə ADAU və Kosalar kənd tam orta məktəbinin dostluq əlaqələrinin genişlənəcəyi barədə şagirdlərlə səmimi söhbət zamanı İbrahim Cəfərov ADAU-nun tələbəsi olmaq arzusunda olan VIII sinif şagirdləri ilə xatirə şəkli çəkdirmişdir.

ƏLİHÜSEYN ŞÜKÜROV