İsrailli mütəxəssis Azərbaycan Dövlət Aqrar Universitetinə (ADAU) olub

20 Dekabr 2017 14:46 (UTC+04:00)

İsrailli mütəxəssis və iş adamı, aparıcı heyvandarlıq şirkətlərindən biri olan “Nitzan MMC”nin həmtəsisçisi Şlomo Nitzan Kənd Təsərrüfatı Nazirliyi Azərbaycan Dövlət Aqrar Universitetinə (ADAU) səfər edib. Səfərin məqsədi  “baytarlıq” və “zootexnikilik” ixtisasları üzrə kadr hazırlığının vəziyyəti, universitetin maddi-texniki bazası ilə yaxından tanış olmaq və əməkdaşlıq istiqamətlərini müzakirə etmək olub. Səfər çərçivəsində İsrailli mütəxəssislərin universitetdə mühazirə aparması, tələbələrin istehsalat təcübəsinin "Nitzan MMC"-də təşkili, kurrikulumların əmək bazarının tələblərinə uyğun yenidən təkmilləşdirilməsi məsələləri müzakirə olunub. Universitetin maddi-texniki bazası, o cümlədən müasir heyvandarlıq kompleksi, süni mayalanma tədris mərkəzi, quşçuluq tədris mərkəzi, pataloji anatomiya muzeyi-auditoriyası və tələbə evləri ilə yaxından tanış olan qonaq aparılmış işləri çox yüksək qiymətləndirib, burada kadr hazırlığı üçün hərtərəfli şərait olduğunu bildirib.

Sonra qonaq universitetin baytarlıq təbabəti və zoohüməndislik fakültəsinin “baytarlıq” və “zootexnikilik” ixtisasları üzrə təhsil alan 3-cü kurs tələbələri ilə görüşüb, verilən sualları cavablandırıb.

ƏLİHÜSEYN ŞÜKÜROV