Prezident İlham Əliyev Ömər Eldarovla bağlı sərəncam imzaladı

20 Dekabr 2017 15:09 (UTC+04:00)

Prezident İlham Əliyev Ö.H.Eldarovun "Heydər Əliyev" ordeni ilə təltif edilməsi haqqında  sərəncam imzalayıb.

Movqe.az  xəbər veirr ki, sərəncamda deyilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan mədəniyyətinin inkişafında xüsusi xidmətlərinə görə Ömər Həsən oğlu Eldarov "Heydər Əliyev" ordeni ilə təltif edilsin".