Cəlilabadda rəisi döyən şəxs həbs edildi

20 Dekabr 2017 15:56 (UTC+04:00)

Cəlilabad Rayon Məhkəməsində hakimiyyət nümayəndəsinə qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etməkdə təqsirləndirilən Sadiq Qardaşxanovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Movqe.az APA-ya istinadən xəbər verir ki, hakim Qalib Paşayevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, S. Qardaşxanov 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, S. Qardaşxanov "Azərişıq" ASC Cəlilabad Elektrik Şəbəkəsinin rəisi Aydın Məmmədovu döyməkdə təqsirləndirilir. Buna səbəb kimi sonuncunun onu təhqir etməsi göstərilir.

 

S. Qardaşxanov A. Məmmədovun şikayəti əsasında saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 315.2 (Hakimiyyət nümayəndəsinə qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə) maddəsi ilə cinayət işi açılıb.