Rusiya 23 yaşlı erməni terrorçunu axtarışa verdi - FOTO

20 Dekabr 2017 16:39 (UTC+04:00)

Rusiyanın hüquq-mühafizə orqanları terror təşkilatının üzvü olan erməni gənci beynəlxalq axtarışa verib.

Movqe.az lent.az-a istinadən xəbər verir ki, milliyətcə erməni olan Rusiya Federasiyası vətəndaşı Martin Ohanesyan Rusiya Federasiyasının qanunvericiliyinə uyğun olaraq, terrorist kimi tanınan təşkilatın fəaliyyətində iştirak etdiyinə görə barəsində qırmızı xətlə bülleten açılıb. Bülletendə M.Ohanesyanın 1994-cü ildə Pakrovda anadan olduğu və xarakterik əlamətləri qeyd edilib.

Qeyd edək ki, Rusiya yüzlərlə gənci ölkədən kənarda terror təşkilatlarının fəaliyyətində iştirak etdiyi üçün beynəlxalq axtarışa verib. Onların əksəriyyəti Şimali Qafqazdan olanlardır və Yaxın Şərq ərazisindəki münaqişələrə cəlb edilib.