İki rayonun polis rəisi dəyişdirildi

20 Dekabr 2017 16:48 (UTC+04:00)

Saatlı və Salyan rayonlarının Polis Şöbələrinə yeni rəis təyinatları olub.

Movqe.az APA-ya istinadən xəbər verir ki, daxili işlər naziri Ramil Usubovun müvafiq əmri ilə Saatlı Rayon Polis Şöbəsinin (RPŞ) rəisi Cəbrayıl Vəliyev Salyan RPŞ-nə, Gəncə Şəhəri Kəpəz RPŞ-nin rəisi Azər Tağıyev isə Saatlı RPŞ-nə rəis təyin edilib.