Müəllif Hüquqları Agentliyinə verilmiş avtomobillər geri alınır

21 Dekabr 2017 11:12 (UTC+04:00)

 Müəllif Hüquqları Agentliyinə dövlət tərəfindən verilmiş avtomobillər geri alınır.

Movqe.az-ın xəbərinə görə, bununla bağlı Nazirlər Kabinetinin “Azərbaycan Respublikasında dövlət büdcəsindən maliyyələşən idarə, müəssisə və təşkilatlarda nəqliyyat vasitələrindən istifadə qaydalarının təkmilləşdirilməsi haqqında” qərarında dəyişiklik edilib.
Qərarı baş nazir Artur Rasi-zadə imzalayıb.
İndiyədək Müəllif Hüquqları Agentliyinə dövlət tərəfindən 2 avtomobil verilib.
Avtomobillərin geri alınması Müəllif Hüquqları Agentliyinin publik hüquqi şəxsə çevrilməsi ilə əlaqədardır.