21 yaşlı oğlan faciəvi şəkildə öldü

21 Dekabr 2017 12:20 (UTC+04:00)

Ağsuda ölümlə nəticələnən yol qəzası baş verib. Movqe.az xəbər verir ki, Bakı-Şamaxı-Yevlax yolunun 164-cü kilometrliyində "İsuzu" markalı, 90 JB 652 dövlət qeydiyyat nişanlı yük maşını yolu keçən 21 yaşlı oğlanı vurub. Ağır xəsarət alan gənc hadisə yerində ölüb. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.