BAKIDA DƏHŞƏT: işdən qayıdan qadın ərinin meyitini tapdı

21 Dekabr 2017 12:30 (UTC+04:00)

Bakıda 54 yaşlı kişinin intiharı ilə bağlı bəzi məqamlar üzə çıxıb.  Movqe.az xəbər verir ki, Xəzər rayonu Buzovna qəsəbəsi Çiləgər bağ massivində özünü 1963-cü il təvəllüdlü Məmmədov Mehman Əsədulla oğlu həmin evdə kirayə yaşayırmış. Əslən Ucar rayonunun Qulabənd kəndindən olan M.Məmmədov işləmirmiş. O, həyat yoldaşı və iki övladı ilə birgə həmin evdə yaşayırmış. Bildirilir ki, M.Məmmədovun borcu olub.
Hadisənin baş vermə şəraitinə gəlincə, Mehman Məmmədovun həyat yoldaşının çörəkbişirmə sexində işlədiyi və gecə növbəsindən sonra evə qayıdanda həyat yoldaşının özünü asdığını görüb. Hadisə vaxtı 54 yaşlı kişi evdə tək olub. O, içi metal olan kapron iplə özünü yataq otağının qapısının çərçivəsindən asıb.
Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.