Sarışın xanımlara uyğun makiyaj təklifləri
15 Mart 2013 15:03 (UTC+04:00)
Sarışın
xanımlar! Verəcəyimiz
bir neçə məsləhət ilə
bədəninizə və saç
rənginizə münasib bir
makiyaj edə bilərsiniz.
İlk olaraq gecə
yoğun işığa məruz
qalacağınız üçün transparan
pudranı bir fırça
ilə üzünüzə
çəkin. Ton
fərqi yaşamamaq üçün
boyun bölgəsinə də
sürməyi əsla
unutmayın. Mat
rənglərdə ənlik istifadə
etməyiniz sarışın xanımlar
üçün daha münasib
olacaq. Sarışın
xanımlar vurğulu və
dominant rənglər
seçməlidirlər. Tonal
Krem seçiminiz yarım
ton daha tünd ola
bilər. Göz
altınızı və üstünüzü
mütləq işıqlandırın. Gecə makiyajı
üçün qızıl rəngi
sizin üçün münasib
olacaq. Göz
konturunuzu qabarıqlaşdırın. Bütün göz
qapağınıza kölgə çəkə
bilərsiniz. Gözünüzü
ön plana çıxarmaq
üçün torpaq rənglərində
kölgələndirmə edin.
Beləcə göz çuxurunuz
daha yaxşı görünəcək.
Sarışın xanımlar!
Gecə makiyajı üçün
tünd pomadalar
seçməlisiniz. İlk
olaraq kontur çəkin
və süngər köməyiylə
üzərindən keçin.
Parıldadıcı və işıltılı
pomadaları seçim etmənizi
təklif edirik.