İki günün hava proqnozu açıqlandı

21 Dekabr 2017 12:50 (UTC+04:00)

Azərbaycan ərazisində növbəti iki gündə müşahidə olunacaq hava şəraiti açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova “Report”a açıqlamasında bildirib ki, dekabr ayının 22-də ölkə ərazisində hava şəraiti mülayim, gün ərzində əsasən yağmursuz keçəcək: “Gecə və səhər saatlarında bəzi yerlərdə duman olacaq". 
Direktorun sözlərinə görə, şənbə günü, dekabrın 23-də isə ayrı-ayrı yerlərdə və rayonlarda yağıntılı hava şəraiti müşahidə olunacaq: “Növbəti iki gündə temperatur rejimində mühüm bir dəyişiklik gözlənilmir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək”.