“Nazəninin oğlu cin çıxartma ilə məşğuldur”

21 Dekabr 2017 13:00 (UTC+04:00)

İllərdir ki, müğənni Nazəninlə qalmaqal yaşayan Təranə Qumral həmkarının oğlu Fəxinin cindar olduğunu iddia edib. Movqe.az xəbər verir ki, bu barədə ifaçı şəxsi instaqram hesabında məlumat yayıb. 

T. Qumral bildirib ki, cin çıxartma işi ilə Nazəninin babası da məşğul olub:

“Eşitdiyimə görə, Nazənin xanımın oğlu Fəxi cindardır. İnsanların bədənindən cin çıxarır. Deyirəm ki, anasının bədənindəki cini çıxartsın ki, mənə baxanda cin-şeytan görməsin. Hər səhər görürəm ki, cinləri qalxıb.

Fəxi, onun canındakı cini bədənindən çıxart, qiyməti nədirsə, göndərəm. Bəlkə elə biləcəksiz ki, yalan yazıram. Yox, and olsun Allaha düz deyirəm. Nazənin xanımın rəhmətlik atası kəndin mollası olub. Cin çıxartma da babadan nəvə Fəxiyə miras qalıb”.