Şahdağ turlarının təşkili ilə bağlı standartlar hazırlanır

21 Dekabr 2017 13:20 (UTC+04:00)

Şahdağ turlarının təşkili ilə bağlı standartlar hazırlanır.

Bu barədə Movqe.az-a Azərbaycan Turizm Assosiasiyasından (AzTA) məlumat verilib.

Assosiasiyadan bildirilib ki, AzTA-da turizm şirkətləri ilə "Şahdağ" Turizm Mərkəzi arasında keçirilən görüşdə Assosiasiyasının təklif etdiyi koordinasiya metodu ilə birgə tənzimləmə yolları müzakirə olunub.

Eyni zamanda, Turizm Mərkəzi ilə əməkdaşlıq şərtləri və güzəştləri haqqında razılığa gəlinib.

AzTA Şahdağ turlarının təşkili ilə bağlı özündə bir sıra xidmət keyfiyyəti standartını əks etdirən tövsiyə xarakterli anlaşma sənədinin ilkin versiyasını turizm şirkətlərinin diqqətinə çatdırıb.

Məkumatda qeyd olunur ki, razılaşdırılmış şərtlərin icra edilməsi üçün AZTA Gəlmə Turizm Komitəsi nəzdində turizm şirkətləri arasından səsvermə yolu ilə 5-7 nəfərlik komissiyanın yaradılması haqqında qərar verilib.