Senatın sədr müavini: Ermənistan BMT qətnamələrini icra etməyənə qədər Pakistan onu dövlət kimi tanımayacaq

21 Dekabr 2017 14:39 (UTC+04:00)

Pakistan Ermənistanın Azərbaycan ərazilərini işğal etməsini pisləyir və Ermənistanı dövlət kimi tanımaqdan imtina edir. Movqe.az-ın əlumatına görə, bunu Pakistan Senatının sədr müavini Molana Abdul Qafur Haidari Bakıda keçirilən "2017 - İslam Həmrəyliyi İli: Dinlər və mədəniyyətlərarası dialoq” mövzusunda beynəlxalq konfransda çıxışı zamanı deyib.

O bildirib ki, Ermənistan BMT-nin Dağlıq Qarabağ münaqişəsi ilə qətnamələrini icra etməyənə qədər Pakistan öz fikrində qalacaq: “Çünki Pakistan Azərbaycanla qardaşlıq münasibətlərinə xüsusi önəm verir".