Heydər Əliyevin keçmiş cangüdəni vəfat edib

21 Dekabr 2017 17:15 (UTC+04:00)

“İnterfaks-Azərbaycan” informasiya agentliyinin baş direktoru Aleksandr Alekseyeviç İvanov bu gün səhər saatlarında Moskvada beyin qansızmasından dünyasını dəyişib. Movqe.az "İnterfax"a istinadən xəbər verir ki, A.İvanov 1950-ci il iyulun 12-də Bakıda anadan olub. Uzun illər SSRİ Dövlət Təhlükəsizlik Komitəsində çalışıb, mərhum lider Heydər Əliyevin şəxsi mühafizə xidmətinin rəhbəri olub. 2005-ci ilin avqustunda "İnterfaks-Azərbaycan" informasiya agentliyinin baş direktoru təyin olunub.