Dünyaca məşhur siqaret istehsalçısı Azərbaycandakı nümayəndəliyini bağlayır

21 Dekabr 2017 20:30 (UTC+04:00)

 “B.A.T.(UK and Export) Ltd.” şirkətinin Azərbaycandakı nümayəndəliyi ləğv olunduğunu rəsmən elan edib.

“Movqe” bu barədə Vergilər Nazirliyinə istinadən xəbər verir.
Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti, 49c ünvanına bildirə bilərlər.
Qeyd edək ki, Böyük Britaniya şirkəti olan “B.A.T.(UK and Export) Ltd.” siqaret istehsalı ilə məşğuldur. Şirkət 1929-cu ildə Londonda yaradılıb, "British American Tobacco PLC"nin törəməsi kimi fəaliyyət göstərir.