Masazırın enerji təchizatında məhdudiyyət olacaq

22 Dekabr 2017 10:17 (UTC+04:00)

110/10 kV-luq Masazır yarımstansiyasından qidalanacaq 10 kV-luq yeni elektrik verilişi xəttinin quraşdırılması işləri ilə əlaqədar olaraq, bu gün saat 12.00-dan 15.30-a qədər Abşeron rayonu Masazır qəsəbəsinin bir hissəsində elektrik enerjisinin verilişində qısa müddətli fasilələr yaranacaq.

Bu barədə Movqe.az-a  “Azərişıq” ASC-dən məlumat verilib.

Yaranmış narahatlığa görə, “Azərişıq” ASC İstehlakçılardan üzr istəyir.