Bakıda 44 yaşlı kişi özünü tut ağacından asdı

22 Dekabr 2017 10:34 (UTC+04:00)

Bakıda intihar hadisəsi olub.

Movqe.az Trend-ə istinadən xəbər verir ki, hadisə paytaxtın Binəqədi rayonunun Rəsulzadə qəsəbəsi, Yavər Həsənov küçəsində baş verib. Həmin küçənin sakini, 1973-cü il təvəllüdlü Nəbiyev Allahverdi Qədir oğlu özünü yaşadığı evin həyətindəki tut ağacından asıb.

İntiharın səbəbləri məlum deyil.

 

Faktla bağlı Binəqədi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb.