Ərdoğan: "Qüdslə bağlı BMT-də keçirilən səsvermə göstərdi ki..."

22 Dekabr 2017 13:38 (UTC+04:00)

Movqe.az-ın APA-ya istinadən məlumatına görə, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. O bildirib ki, ABŞ-ın əlində bombaların, silahların olması ona güc qazandırmaz: "Yanınızda sadəcə İsraili və 5-6 ölkəni görərsiniz. Amma qarşınızda 128 ölkənin dimdik ayaqda durduğunu görərsiniz. Qüdslə bağlı qətnaməyə qatılmayanların da yeri böyük ehtimalla qətnamənin lehinə səs verənlərin yanındadır. Biz son ana qədər 160-190 arası səsin çıxacağını gözləyiridik. Ağ Ev telefon başına keçdi və ölkələri təhdid etdilər. Onlar  açıq-aşkar təhdid etdilər. Dövlətlərin iradələri nə zamandan pul ilə satın alınmağa başlayıb? Demokratiya iradələrin satın alındığı sistem deyil. ABŞ bu vəziyyətini dəyərləndirməlidir. Düşünməlidir ki, bu qədər ölkə belə düşünürsə, fikrindən geri dönməlidir". 

 

Türkiyə prezidenti qeyd edib ki, Qüdslə bağlı BMT Baş Assambleyasında keçirilən səsvermənin nəticələri ABŞ-ın haqsız olduğunu bir daha ortaya qoyub: "Səsvermə göstərdi ki, ABŞ-ın Qüdslə bağlı qərarı legitim deyil. Dünya beşdən böyükdür".