Avtobus piyadanı vurdu: naməlum şəxs yerindəcə can verdi

22 Dekabr 2017 15:29 (UTC+04:00)

Hacıqabul rayonunda avtobus yoldan keçən piyadanı vurub.

Movqe.az APA-ya istinadən xəbər verir ki, rayonun Qarasu kəndi ərazisində, "Daewoo" markalı rayonlararası sərnişin avtobusu yoldan keçən piyadanı vuraraq öldürüb.

Ölən şəxsin kimliyi bilinmir.

 

Faktla bağlı araşdırma aparılır.