Vəkil məhbus qadını əxlaqsızlığa vadar etdi - FOTO

22 Dekabr 2017 15:38 (UTC+04:00)

ABŞ-da vəkil Endryu Spark həbs olunub. O, hüquqlarını qoruduğu müvəkkili, Florida ştatının Pinellas bölgəsində, Klirvater şəhərindəki "Pinellas County Jail" həbsxanasına salınmış məhbus, 26 yaşlı Antuanetta Napolitanoya təcavüzdə və qadını cinsi əlaqəyə vadar etməkdə suçlanır.

Movqe.az  milli.az-a istinadən bildirir ki, həbsxananın görüş otağında olarkən E.Spark soyunub və A.Napolitanonu cinsi əlaqəyə məcbur edib.

Napolitaonun dediyinə görə, cinsi əlaqənin müqabilində vəkili ona pul verəcəyini, üstəlik həmin gün başqa şəxslərlə görüş təşkil edəcəyini vəd edibmiş.

İstintaq zamanı məlum olub ki, "Girls in Jail" adlı pornofilm çəkməyə başlamış A.Spark son 6 ayda A.Napolitano ilə ən azı 6 dəfə cinsi əlaqədə olubmuş.

 

E.Spark həbsxanadakı digər qadın məhbuslara da cinsi əlaqə təklif edibmiş.