Xərçəng xəstəsi olan aktrisadan PİS XƏBƏR

23 Dekabr 2017 14:24 (UTC+04:00)

Yeşilçamın məşhur aktrisası Bahar Öztan uzun müddət mübarizə apardığı yumurtalıq xərçənginin təkrarlanması ilə ikinci dəfə müalicə almağa başlayıb.

Bu səbəblə Bahar Öztan gələn təkliflərdən imtina etmək məcburiyyətində qalıb.

Movqe.az milli.az-a istinadən xəbər verir ki, Bahar Öztan ötən gün İstanbulun Tarabya rayonunda bir məclisdə görüntülənib.

Aktrisa: "Çəkilişlər üçün çox darıxıram, müalicə bitdikdən sonra yenidən çəkilişlərə qayıtmağı düşünürəm" deyib.

Xəstəliyi haqqında açıqlama verən 55 yaşlı aktrisa: "İndi özümü çox yaxşı hiss edirəm. Aprel ayına qədər müalicəm davam edəcək" ifadələrini işlədib.

Öztan "Xəstəliyim təkrarlanınca qəbul edə bilmirdim" deyib.