Saray qəsəbəsində kafeni qəsdən yandırmış keçmiş məhkum saxlanılıb

23 Dekabr 2017 20:44 (UTC+04:00)

Dekabrın 19-da Abşeron rayonunun Saray qəsəbəsi ərazisindəki kafenin yanması faktı ilə əlaqədar görülmüş müvafiq tədbirlər və aparılan araşdırmalarla yanğının qəsdən törədilməsi müəyyən edilib.

DİN-in Mətbuat Xidmətindən Movqe.az-a verilən məlumata görə, həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Quba rayonunun Zərdabi kənd sakini, əvvəllər məhkum olunmuş Tərlan Qənbəri Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq Abşeron Rayon Polis İdarəsinə təhvil verilib.