Şəmkirdə ev yandı

24 Dekabr 2017 10:30 (UTC+04:00)

Şəmkir rayonunda yanğın faktı qeydə alınıb.

Movqe.az-a FHN-dən verilən məlumata görə, rayonun Əliyaqublu kəndində ümumi sahəsi 100 m2 olan birmərtəbəli 3 otaqlı evin 1 otağının tavanı 10 m2 sahədə yanmışdır. Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur.

 

Yanğın yanğın bölmələri tərəfindən söndürülmüşdür.​