Prezident İlham Əliyev və xanımı “Bakı Ağ Şəhər”də görülən işlərlə tanış olublar

24 Dekabr 2017 12:38 (UTC+04:00)

Dekabrın 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “Bakı Ağ Şəhər”də Xaqani Rüstəmov küçəsinin, bu küçənin üzərində yerləşən dairə və dördçıxışlı piyada keçidinin açılışında, yeni salınmış bağın, inşası və abadlığı başa çatan məhəllələrin təqdimat mərasimində iştirak ediblər.